AZ

TANAP vasitəsilə qaz nəqlinin həcmi 60 milyard kubmetrə çatıb

Bakı. Trend:

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql olunan qazınhəcmi 60 milyard kubmetrə çatıb.

Trend bu barədə TANAP konsorsiumuna istinadən xəbər verir.

“Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsini təşkil edən və 30 iyun2018-ci il tarixindən etibarən kommersiya qazının tədarükü həyatakeçirildiyi TANAP ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrəçatıb.

TANAP Türkiyə və Avropanın enerji təchizatının stratejitəhlükəsizliyinə mühüm töhfə verməkdə davam edir”, - konsorsiumunbəyanatında deyilir.

Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağınınişlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazıGürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir.TANAP-ın ümumi dəyəri yeddi milyard ABŞ dollarından azdır.

TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetrqaz təşkil edir, gələcəkdə bu həcmin ildə 31 milyard kubmetrə qədərgenişləndirilməsi mümkündür. Qazın altı milyard kubmetrə yaxınıTürkiyəyə, qalanı isə Avropaya tədarük olunur.

X: @Lyaman_Zeyn

Məqalədə:
Seçilən
274
50
Mənbələr
Şərh ()
Bağla