AZ

"Sonda da olsa, qol vurub, qalib gəldik" - Arif Əsədov

“FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda millimiz Monqolustan üzərində 1:0 hesablı qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra yığmamızın baş məşqçisi Arif Əsədovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləriylə tanış edirik:

"Yeni ildə ilk qələbəyə görə təbrik edirəm. Çətin oyunoldu. Belə olacağını bilirdik. Analiz edəndə də görmüşdük ki, rəqib daha çox müdafiədən oynayır. Məşqlərdə bunun üzərində işləyirdik. Belə oyunlarda tez qol vurmaq lazımdı ki, oyun sonradan daha rahat getsin. Komanda səbrli oynadı, hiss edirdi ki, qol vuracağıq. Sonda da olsa, qol vurub, qalib gəldik"


- Sosial şəbəkədə də tənqidi fikirlər çoxdu. Ki, bu cür rəqibi güc-bəla ilə uduruq. Bu fikirləri haqlı sayırsız?
- Hər fikrə hörmətlə yanaşırıq. dünya futbolunda da olur ki, bu tipli komandalara qarşı adlı-sanlı rəqiblər də çətinlik çəkir. Fərdi keyfiyyətlər hesabına lazım gəlir ki, bu tip komandalara qol vurasan. Biz bu cür rəqiblərə qarşı az oynamışıq. Bir nömrə ilə oynadığımız futbola alışmadığımız üçün zamana ehtiyacımız var. Daha çox rəqiblərə qarşı iki nömrə ilə oynayırıq.

- Ramil Şeydayevin performansından razı qaldız?
- Ramil klubunda çox az oyun oynayırdı. "Qarabağ"dakı Ramili nəzərə alsaq, indiki ilə fərq var. Əsas odur ki, çalışır. Belə oyunda məsuliyyəti üzərinə götürəsən. O da bunu edirdi. Biz də ümid edirdik ki, Ramil rəqibi aldadıb, say çoxluğu yaradacaq. Tam əvvəlki Ramil olmasa da, əlindən gələni edir.

- Bolqarıstana qarşı tam başqa heyət görə bilərik?
- İki oyunu da düşünmüşük. İki fərqli rəqiblər iki fərqli sistemlə oynaya bilərik. Hansısa dəyişiklik ola bilər.

- Qol son dəqiqələrdə oldu. Hansı hissləri keçirirdiz?
Futboldu da, hər şey olur. Təbii ki, qələbəni daha çox istəyirdik. Artıq 80-ci dəqiqədən sonra bir az həyəcan hissi var idi. Ona kimi inanırdım ki, vuracağıq. Tez vursaydıq, qollarımızın ardı da gələcəkdi. Əvəzetmələrdə də "va bank" getdik, hücum resurslarından istifadə etdik ki, qol vuraq. Gözləyirdim. Amma sonlarda həyəcan da var idi.

- Bolqarıstanla oyunda da bir nömrə ilə oynayacağıq?
Onların bugünkü oyununa da baxdıq. Serbiya və Macarıstanla matçlarını da izləmişik. Analizlər etmişik. Tanzaniya oyunlarını da izlədikdən sonra qərar verəcəyik. Evdə oynayırıq. Rəqibə hiss etdirməliyik ki, ev sahibi bizik. Bolqarıstanla görüş üçün bəzi dəyişikliklər olacaq. Bəlkə, müdafiə xəttində oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
3
Mənbələr
Şərh ()
Bağla