AZ

Devid Bekhem Viktoriya ilə buna görə evlənib - 25 illik nikahın SİRRİ

Məşhur futbolçu Bekhem geyim brendinin dizayneri Viktoriya Bekhemə 25 il əvvəl evlilik təklifi etməsinin səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, "SiriusXM" şousunda yeni müsahibəsində futbolçu həyat yoldaşının hansı xüsusiyyətlərinə heyran oldğunu açıqlayıb.

Əvvəlcə müğənni və gələcək modelyer gözəlliyi və cəlbediciliyi ilə məşhur idmançını özünə cəlb edib: "Mən həqiqətən ona aşiq oldum. Həqiqətən. Sadəcə onu bəyəndim. Onun necə bir insan olduğunu bilmirdim. Sadəcə ona aşiq oldum, kiminlə evlənəcəyimi və ya ömrümün sonuna kimi kiminlə yaşayacağımı bilmirdim".

Onların hər ikisi böyüdükcə və münasibətləri inkişaf etdikcə, futbolçu həyat yoldaşının gücünə, zəhmətinə və uşaqlarına göstərdiyi analıq qayğısına getdikcə daha çox valeh olub. Beləliklə, ilkin cazibə dərin və davamlı sevgiyə çevrilib: "Mən onun nə qədər güclü qadın olduğunu bilmirdim və məni ona ən çox cəlb edən də bu oldu. Onun qeydimə qalmasını çox sevirəm və bilirsiniz, biz bu həyatı dörd heyrətamiz uşaqla birgə qurduq, onlar həyatımızdakı ən vacib varlıqlardır, o, ailəni çox gözəl idarə edir, buna görə Viktoriyanı seçdim..."

Seçilən
220
24
Mənbələr
Şərh ()
Bağla