AZ

Niderlandlı futbolçu həbsxanada hansı şəraitdə yaşayır?

1363 kilo kokain (qiyməti 76,1 milyon avrodan çox) qaçaqmalçılığına və əmisi oğlunu bıçaqlamaqda günahlandırılan Moskva "Spartak"ın futbolçusu Qvinsi Promes haqqında altı il həbs qərarı çıxarıldıqdan sonra futbolçu hazırda Dubay həbsxanasında saxlanılır.

Qaynarinfo-nun məlumatına görə, "Telegraaf" qəzetində futbolçunun hansı şəraitdə yaşadığı haqda yazı dərc olunub. Rusiyaya ekstradisiya edilməsi tələb olunan 32 yaşlı oyunçu "Al-Avir" həbsxanasında altı nəfərlik kamerada saxlanılır. Onun kamerasında çarpayı olduğu halda, eyni həbsxanada qalan digər 20 məhbus isə döşəmədə yatır. Bundan başqa Promesə idman zalı olmayan şəraitdə həftədə üç dəfə məşq etməyə icazə verilir. Meyvə və ya tərəvəz kimi müəyyən qidalar qəbul etmək imkanı olmasa da kamerasından kənarda digər məhbuslarla birlikdə televizora baxa bilir.

Promes digər dörd niderlandlı məhbusla və narkomaniya problemi olan müxtəlif millətlərin nümayəndələri ilə eyni kameranı paylaşır. Qaydalara görə "Al-Avir"dəki məhbusların başları hər zaman qırxılmalıdır. Uzun saçları olanlar cəzalandırılır.

"Telegraaf”ın yazdığına görə, Promesin həbs cəzasını Dubaydan uzaqda çəkmək üçün Rusiyaya ekstradisiya oluna bilər.

Səbuhi Həsənov
Seçilən
194
4
Mənbələr
Şərh ()
Bağla