AZ

Makronu VAHİMƏ BÜRÜYÜB: o gəlsə, fəlakətli məğlubiyyət qaçılmaz olacaq

"Fransa prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı anti-Rusiya bəyanatları onun Donald Trampın Amerika Birləşmiş Ştatlarında seçkilərdə mümkün qələbəsindən qorxması ilə bağlıdır".

Publika.az xəbər verir ki, bunu Avrasiya Qrupu analitik mərkəzinin eksperti Müctəba Rəhman sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Fransa prezidentini hazırda üç şeyə görə təşviş və ya qorxu idarə edir.

“Birincisi ona görə ki, Ukraynada cəbhə xətti dəyişə bilər. İkincisi, Donald Tramp noyabrda yenidən prezident seçilərsə, ABŞ-ın Kiyevə dəstəyi sona çata bilər. Üçüncüsü, Qərb indi fəlakətli məğlubiyyətə doğru gedir”, - deyə Rəhman qeyd edib.

O, vurğulayıb ki, Makron bütün Avropa ölkələrinin diqqətini Avropa İttifaqının təhlükəsizliyinə cəlb etməyə və onları daha çox özlərinə arxalanmağa məcbur etməyə çalışır.

Seçilən
290
50
Mənbələr
Şərh ()
Bağla