AZ

Makronu "göyərçindən şahinə" çevirən səbəb nədir?

Fransa prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi ilə bağlı açıqlamaları onun Avropada dominant ölkə statusunu bərpa etmək istəyi ilə izah olunur.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.

Yelisey Sarayındakı və Bundestaqdakı mənbələrin açıqlamalarına əsaslanaraq, nəşrin siyasi analitikləri belə qənaətə gəliblər ki, Makronun “göyərçindən şahinə” çevrilməsi təsadüfi deyil.

Müəlliflər bu dəyişikliyi daxili siyasi səbəblərlə izah edirlər ki, bunun da mənbəyi Almaniya və Fransa arasında rəqabətdir. Almaniya hakimiyyəti ölkələr arasında razılaşmanı pozub. Sözsüz razılaşmaya görə, Almaniya Avropa İttifaqında iqtisadi liderliyi, Fransa isə strateji liderliyi öz üzərinə götürüb.

"Sərhədlər indi bulanıqlaşıb və bir-birinin mülklərinə təcavüz etməyə cəhdlər edilir", - deyə nəşr vurğulayır.

Seçilən
229
50
Mənbələr
Şərh ()
Bağla