AZ

Pakistanda “X” BLOKLANDI

Pakistan hakimiyyəti fevralın 17-dən etibarən ölkədə “X” (keçmiş Twitter) sosial şəbəkəsinə girişi bağlayıb.

Bizim.Media “The News.со” qəzetinə istinadla xəbər verir ki, bu barədə Pakistan Telekommunikasiya İdarəsi məlumat yayıb. 

Məlumata görə, Pakistan Daxili İşlər Nazirliyinin qərarına əsasən, “X”ə giriş-çıxış bağlanıb.
Belə ki, "X"-ə girişin bloklanması hüquq-mühafizə orqanlarının, əyalət hökumətlərinin və kəşfiyyat orqanlarının tövsiyələri əsasında reallaşdırılıb.

Buna səbəb kimi isə “X”in Pakistan hüquq-mühafizə orqanlarına platformada yayılan məlumatlara nəzarət etmək imkanını verməməsi göstərilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
6
bizim.media

9Mənbələr