AZ

Pakistanda "X" sosial şəbəkəsi blok olunub

Pakistanda Daxili İşlər Nazirliyinin qərarına əsasən "X" sosial şəbəkəsinə (keçmiş Twitter) giriş bağlanıb.Bu barədə “The News” qəzeti Pakistan Telekommunikasiya İdarəsinin (PTİ) platformaya girişin bərpası ilə bağlı müraciətə baxılması çərçivəsində Sind Ali Məhkəməsinə verdiyi şərhə istinadən məlumat yayıb.

Pakistan Telekommunikasiya İdarəsinin məlumatına görə, X-a girişin dayandırılmasına səbəb hüquq-mühafizə, əyalət və kəşfiyyat orqanlarının Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş və diqqətlə baxılmış yaxşı araşdırılmış tövsiyələr olub.

Agentlik qeyd edib ki, platforma PTİ-yə onun vasitəsilə yayılan xəbər və məlumatlara nəzarət etmək imkanı vermir və bununla da Pakistanın milli maraqlara zidd olan və imicinə xələl gətirə bilən saxta xəbərlərin yayılması ehtimalı yüksəlib.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
azvision.az

9Mənbələr