AZ

Rəcəb Tayyib Ərdoğan Türkiyenin iqtisadi göstəricilərini qiymətləndirib

Prezident Rəcəb Tayyib Ərdoğan iqtisadi göstəricilərin çox yaxşı səviyyədə olduğunu bildirib.
Hakim Ədalət və İnkişaf Partiyasının sədri və Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Isparta şəhərindəki mitinqindəki çıxışında Türkiye iqtisadiyyatına toxunub.
Həyata keçirilən proqramın nəticələrinin bu ilin ikinci yarısında görünməyə başlayacağını bildirən Rəcəb Tayyib Ərdoğan deyib:"Ümumi iqtisadi göstəricilərimiz çox yaxşıdır. Milli gəlirimiz, məşğulluq, istehsal və ixracımız tariximizdə ən yüksək səviyyədədir. İnflyasiya azaldıqca, bu müsbət mənzərənin faydalarını daha dəqiq görəcəyik''.
Müdafiə sənayesinə də toxunan Ərdoğan bildirib ki, Türkiye pilotsuz uçuş aparatı (PUA) texnologiyasında dünyanın ilk 3 ölkəsindən biri və milli döyüş təyyarəsi KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 4 ölkədən biridir.



Seçilən
186
9
Mənbələr
Şərh ()
Bağla