AZ

Dehli bu sahəyə milyardlar ayırdı

Dünyada çip istehsalının çox hissəsi Çin, Tayvan və Cənubi Koreyada cəmlənsə də, Hindistan yaxın illərdə bu sahədə böyük paya sahib olacaq. Hindistan hökuməti yarımkeçirici çiplərin istehsalında özünü təmin etmək üçün iddialı bir plan həyata keçirməyə başlayıb. Bu strategiyada ən son mərhələ 29 fevral 2024-cü ildə üç yeni yarımkeçirici istehsalı müəssisəsi üçün təkliflərin təsdiqi olub. Bu, vacib komponentləri hazırlamaq üçün yerli sənaye yaratmaq planının tərkib hissəsidir. Hər üç obyektin tikintisinə yaxın aylarda başlanacaq.
Aar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib. “Dehlinin məqsədi aydındır. Müasir texnologiyaların hazırlanmasında yarımkeçiricilərin rolu böyükdür və çiplər çox az ölkədə istehsal olunur. Belə ölkələrdən biri də Çindir. Ancaq ABŞ və Avropadakı müttəfiqləri Çinə çip istehsalında lazım olan komponentləri satmaqdan imtina ediblər. Bu da Çində çip istehsalını çətinləşdirib. Buna görə də Hindistan yaranan boşluğu doldurmağa qərar verib”, - analizdə vurğulanıb. Qeyd edilib ki, Hindistanda yarımkeçiricilərin istehsalına başlamaq üçün mühüm məqam dövlətin təşviq etdiyi özəl sənayenin bu işə cəlb edilməsidir: “Hindistan tədricən bu sahədə liderliyi ələ almaq istəyir. Dehli Hindistanın çip istehsalında böyük imkanlara malik olduğu qənaətindədir. İlk zavod Hindistanın “Tata Electronics” şirkəti tərəfindən Tayvanın “Powerchip Semiconductor Manufacturing” şirkəti ilə birgə Qucarat ştatının Dholera şəhərində tikiləcək. Bu istehsala sərmayə təxminən 11 milyard dollar təşkil edəcək. Zavod avtomobil, məişət elektronikası və müdafiə sənayesində istifadə oluna bilən 28 nanometr ölçülü və daha böyük çiplər istehsal edəcək. ABŞ da yarımkeçiriclərin istehsalında Hindistanla əməkdaşlıq etməkdə maraqlıdır. Hindistan hökuməti ABŞ-ın “Micron” şirkətinin Qucarat ştatının Sanand şəhərində yarımkeçirici qurğu tikmək təklifini təsdiq edib. Hindistan hökuməti “Micron” ilə əməkdaşlıq da daxil olmaqla, bir neçə yeni yarımkeçirici istehsal müəssisələri üçün ümumi məbləği 7 milyard ABŞ dolları məbləğində maliyyə stimulları elan edib. Hindistan bu sənaye sahəsini gücləndirmək üçün yerli mühənsidlər komandası formalaşdırıb. Bu məqsədlə 20 illik plan hazırlanıb. ABŞ-la yanaşı İsrail də Hindistanda çip istehsalına maraq göstərir. İsrailin çip istehsalçısı olan “Tower Semiconductor” şirkəti Hindistanda 8 milyard ABŞ dolları dəyərində zavodunun təsdiqlənməsinin son mərhələsinə yaxınlaşıb. Hindistan hökuməti bu təklifi qarşıdan gələn ümumi seçkilərə qədər təsdiq etməyi hədəfləyib.

Beləliklə, Hindistan çip istehsalında qonşusu və siyasi, o cümlədən iqtisadi rəqibi Çini sıxışdırmağa çalışır. Çin bazarını tərk edən Qərb şirkətləri müəssisələrinin bir hissəsini Hindistana köçürürlər”.

Seçilən
53
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17710
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17384
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16398
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14866
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13847
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11276
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10386
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9809
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9738
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
9679
"Zaur, yenə çaşdın..." - VİDEO
8333
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
6528
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6208
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5906
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4990
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4906
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4731
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4049