AZ

Dehli bu sahəyə milyardlar ayırdı

Dünyada çip istehsalının çox hissəsi Çin, Tayvan və Cənubi Koreyada cəmlənsə də, Hindistan yaxın illərdə bu sahədə böyük paya sahib olacaq. Hindistan hökuməti yarımkeçirici çiplərin istehsalında özünü təmin etmək üçün iddialı bir plan həyata keçirməyə başlayıb. Bu strategiyada ən son mərhələ 29 fevral 2024-cü ildə üç yeni yarımkeçirici istehsalı müəssisəsi üçün təkliflərin təsdiqi olub. Bu, vacib komponentləri hazırlamaq üçün yerli sənaye yaratmaq planının tərkib hissəsidir. Hər üç obyektin tikintisinə yaxın aylarda başlanacaq.

Aar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.

“Dehlinin məqsədi aydındır. Müasir texnologiyaların hazırlanmasında yarımkeçiricilərin rolu böyükdür və çiplər çox az ölkədə istehsal olunur. Belə ölkələrdən biri də Çindir. Ancaq ABŞ və Avropadakı müttəfiqləri Çinə çip istehsalında lazım olan komponentləri satmaqdan imtina ediblər. Bu da Çində çip istehsalını çətinləşdirib. Buna görə də Hindistan yaranan boşluğu doldurmağa qərar verib”, - analizdə vurğulanıb.

Qeyd edilib ki, Hindistanda yarımkeçiricilərin istehsalına başlamaq üçün mühüm məqam dövlətin təşviq etdiyi özəl sənayenin bu işə cəlb edilməsidir:

“Hindistan tədricən bu sahədə liderliyi ələ almaq istəyir. Dehli Hindistanın çip istehsalında böyük imkanlara malik olduğu qənaətindədir. İlk zavod Hindistanın “Tata Electronics” şirkəti tərəfindən Tayvanın “Powerchip Semiconductor Manufacturing” şirkəti ilə birgə Qucarat ştatının Dholera şəhərində tikiləcək. Bu istehsala sərmayə təxminən 11 milyard dollar təşkil edəcək. Zavod avtomobil, məişət elektronikası və müdafiə sənayesində istifadə oluna bilən 28 nanometr ölçülü və daha böyük çiplər istehsal edəcək.

ABŞ da yarımkeçiriclərin istehsalında Hindistanla əməkdaşlıq etməkdə maraqlıdır. Hindistan hökuməti ABŞ-ın “Micron” şirkətinin Qucarat ştatının Sanand şəhərində yarımkeçirici qurğu tikmək təklifini təsdiq edib. Hindistan hökuməti “Micron” ilə əməkdaşlıq da daxil olmaqla, bir neçə yeni yarımkeçirici istehsal müəssisələri üçün ümumi məbləği 7 milyard ABŞ dolları məbləğində maliyyə stimulları elan edib. Hindistan bu sənaye sahəsini gücləndirmək üçün yerli mühənsidlər komandası formalaşdırıb. Bu məqsədlə 20 illik plan hazırlanıb.

ABŞ-la yanaşı İsrail də Hindistanda çip istehsalına maraq göstərir. İsrailin çip istehsalçısı olan “Tower Semiconductor” şirkəti Hindistanda 8 milyard ABŞ dolları dəyərində zavodunun təsdiqlənməsinin son mərhələsinə yaxınlaşıb. Hindistan hökuməti bu təklifi qarşıdan gələn ümumi seçkilərə qədər təsdiq etməyi hədəfləyib.

Beləliklə, Hindistan çip istehsalında qonşusu və siyasi, o cümlədən iqtisadi rəqibi Çini sıxışdırmağa çalışır. Çin bazarını tərk edən Qərb şirkətləri müəssisələrinin bir hissəsini Hindistana köçürürlər”.

Seçilən
53
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4028
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3702
Bu yol qovşağında təmir işləri aparılacaq
3233
Bakıda hoteldə yanğın başlayıb
2759
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1867
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1714
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1563
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1518
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1503
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1301
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1284
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1213
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1205
Azərbaycan nefti ucuzlaşıb
1091
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1017
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1003
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
979
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
962
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
906
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
871