AZ

Bakıda sürücü sükan arxasında huşunu itirən xanımı xilas etdi – Video


Sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif media subyektlərində paytaxtın H.Əliyev prospektində “KİA” markalı, 10-PT-454  dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəhimov Faiq Şərif oğlunun sükan arxasında huşunu itirən xanım sürücüyə köməklik etməsini əks etdirən videogörüntü yayımlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, o, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və etdiyi əmələ görə ona təşəkkür edilib.
“Eyni zamanda F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilmiş və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilmişdir”, - məlumatda deyilir.
Seçilən
154
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq