AZ

Bakıda sürücü sükan arxasında vəziyyəti pisləşən qadını ölümdən qurtardı - ANBAAN VİDEO

Sükan arxasında huşunu itirən qadına kömək edən sürücünün videosu sosial şəbəkədə rəğbətlə qarşılanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 11-i səhər saatlarında hava limanı yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-TF-571 dövlət nömrə nişanlı “MG” markalı avtomobili idarə edən sürücünün halı qəflətən pisləşib. Nəticədə o, idarəetməni itirib və nəqliyyat vasitəsinu sağa-sola doğru hərəkət etdirməyə başlayıb. Bu zaman “KIA” markalı avtomobilin sürücüsü yaranmış təhlükəni vaxtında görərək ona müdaxilə edib. Cəsarətli sürücü qəzalı avtomobilin önünə keçərək nəqliyyat vasitəsinin sürətini azaldıb və onun qarşısında dayanıb. Daha sonra isə avtomobilindən düşərək epilepsiya xəstəsi olan qadına ilkin tibbi yardım göstərib. Həmçinin ərazidə olan digər sürücülər də köməyə gəliblər. 

Nərmin

Seçilən
134
41
Mənbələr
Şərh ()
Bağla