AZ

Xaricə satdığımız məhsullar ən çox nə ilə daşınır?

Cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 3 milyon 256 min 370 ton miqdarında, 1 milyard 843 milyon 976 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni ayı ilə müqayisədə miqdar ifadəsi ilə 436 min 236 ton çox, dəyər ifadəsi ilə isə 32 milyon 866 min ABŞ dolları azdır.

Azərbaycanın xaricə ixrac etdiyi məhsulların 2 min 952 tonu dәniz nәqliyyatı vasitәlәri ilə, 221 min 477 tonu dәmiryolu nәqliyyatı vasitәlәri ilə, 160 min 175 tonu avtomobil nәqliyyatı vasitәlәri ilə, 114 tonu hava nәqliyyatı vasitәlәri ilə, 430 kiloqramı poçt göndәrişi vasitəsi ilə, 2 milyon 871 min 643 tonu stasionar nәqletmә vasitәlәri ilə, 6 tonu isə özü hәrәkәt edәn vasitәlәr ilə daşınıb.

Beləliklə, yanvar ayında ixrac olunan məhsullar əsasən stasionar nəqletmə vasitələri ilə daşınıb.

Əvəz Həsənov

Seçilən
101
24
Mənbələr
Şərh ()
Bağla