AZ

Azərbaycan payızda dünyanı silkələyəcək

“ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycana təbrik ünvanlaması göstərir ki, ikitərəfli münasibətlər yaxşı səviyyədədir və əlaqələri daha da inkişaf etdirmək üçün potensial mövcuddur”.

Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

 

Politoloq onu da vurğulayıb ki, təbrik məktubları ənənəvi olaraq göndərilir:

“Hər zaman təbrikdə təhlükəsizlik, enerji təhlükəsizliyi sahəsində Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın olması vurğulanır. Azərbaycan həm də Qərblə, xüsusilə ABŞ ilə münasibətləri qoruyub saxlamaq, eyni zamanda inkişaf perspektivlərini formalaşdırmaq üçün təşəbbüslər irəli sürür. Baxmayaraq ki, Azərbaycanın Avropa İttifaqı, ABŞ ilə münasibətlərini pozmaq üçün Ermənistana himayədarlıq edən qüvvələr, xüsusilə erməni lobbisi əlindən gələni edir, çox çalışır ki, Azərbaycanın bu gün Qərb ilə formalaşan dayanıqlı münasibətlərinə zərbə vursun. Digər tərəfdən, Fransa çox çalışır ki, xüsusilə Avropanın bir sıra dövlətləri ilə – Benilüks ölkələri ilə və Fransanın təsirində olan dövlətlərlə Azərbaycanın münasibətləri pozulsun. Bu, özünü müxtəlif qurumlar səviyyəsində də göstərir. Avropa Parlamenti, AŞPA və onların qəbul etdikləri qərəzli qətnamələr ikili standartlar siyasətinin bariz nümunəsidir. Biz anlayırıq ki, bunun arxasında Fransa dayanır. Beşinci respublika tərəfindən təzyiq alətləri, təhdid ritorikası və digər bu cür çirkin addımlar atılmaqdadır.

 

Lakin bütün bunlara baxmayaraq, ABŞ ilə Azərbaycan arasında münasibətlərin bugünkü göstəricisi təqdir olunmalıdır”.

Politoloq hesab edir ki, ABŞ Cənubi Qafqazda Azərbaycanın yerini və rolunu düzgün qiymətləndirir, praqmatik strateji baxış ortaya qoyur:

“Bu da ABŞ-ın region üzərində strateji prioritetlərinin düzgün hesablanmasının və analizinin bir göstəricisidir.

Azərbaycan bölgədə kilid nöqtədir. Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxmaq və geostrateji planları həyata keçirmək mümkündür. Bu isə yalnız əlverişli əməkdaşlıq, maraqların uzlaşdırılması, sülh, təhlükəsizlik və sabitlik əsasında qurula bilər. Əks təqdirdə əlbəttə ki, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

Azərbaycan dünyada təhlükəsizliyin və sağlamlığın qorunmasını, onun təşviq olunmasını təmin edən dövlətdir. Bu ilin payızında ölkəmizdə BMT mandatı altında COP29 tədbiri keçiriləcək.

 

Bu, iqlim dəyişiklikləri, qlobal istiləşmə, ekoloji problemlərin həll olunması istiqamətində ən mötəbər tədbirdir. Bu tədbirdə dünyanın tanınmış ekoloqları, beynəlxalq ekologiya üzrə QHT-lər, dövlət və hökumət başçıları, vətəndaş cəmiyyətinin fəalları iştirak edəcəklər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qlobal təşəbbüslər irəli sürən bir dövlətdir. Bu tədbirin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və cənab Prezidentin himayəsi altında keçirilən XI Qlobal Bakı Forumunda da COP29-a və ekologiyaya həsr olunan panel iclasında biz məhz Azərbaycanın qlobal təşəbbüslər irəli sürməsinin dəstəklənməsinin şahidi olduq. BMT Baş Assambleyası sessiyasının rəhbəri belə Azərbaycana COP29 istiqamətində dəstəyini ifadə etdi”.

 

İlyas Hüseynov xatırladıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi də daxil olmaqla yüksəkvəzifəli şəxsləri ilə görüşündə də Amerika tərəfindən Azərbaycana COP29 müstəvisində hərtərəfli və lazımi dəstəyin verilməsinə dair fikirlər bildirilib:

“Bütün bunlar həm də məhz COP29 və ondan sonrakı periodda ABŞ ilə Azərbaycan arasında münasibətlərin daha möhkəm və dayanıqlı olacağını proqnozlaşdırır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23376
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16267
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14564
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
12671
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9927
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7256
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5452
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5333
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4118
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3652
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2913
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2173
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1832
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1732
Azərbaycan nefti ucuzlaşdı
1712