AZ

Nigeriya ordusunun 16 əsgəri öldürüldü

16 Nigeriya ordusunun əsgəri bu həftənin əvvəlində neft hasil edən cənub əyaləti Deltada toqquşmaları dayandırmaq üçün mübarizə apararkən mühasirəyə alınıb və öldürülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə briqada generalı Tukur Qusau məlumat yayıb.

"Komandirin rəhbərlik etdiyi gücləndirici qrupa hücum edilib, nəticədə komandir, iki mayor, bir kapitan və 12 əsgər həlak olub", - Qusau bildirib.

Onun sözlərinə görə, müdafiə departamentinin rəisi dərhal araşdırma aparılmasına və hadisədə iştirak edənlərin həbsinə göstəriş verib.

“Hazırda bir neçə həbs edilib və hücumun motivinin üzə çıxarılması üçün səylər davam etdirilir”,,  general əlavə edib.

Delta əyalətinin bir çox icmalarında enerji şirkətləri tərəfindən torpaq və ya neft dağılmalarına görə kompensasiya ödənilməsi ilə bağlı tez-tez, bəzən ölümlə nəticələnən toqquşmalar olur.

Seçilən
144
15
Mənbələr
Şərh ()
Bağla