AZ

"Hizbullah" liderinin nəvəsi öldürüldü

Martın 2-də İsrail ordusunun Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində radikal şiə "Hizbullah" hərəkatının 6 yaraqlısı məhv edilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onların arasında təşkilatın lideri Nəsrullahın nəvəsi Abbas Əhməd Xəlil də var.

Yanvarın 8-də İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində "Hizbullah"ın yüksək rütbəli komandiri Visam əl-Tavil də öldürülüb. O, Nəsrullahın qaynı idi.

Bundan əlavə, yanvarın 24-də ABŞ-ın İraqda 3 hədəfə endirdiyi aviazərbələr nəticəsində məhv edilənlərdən biri də Nəsrullahın kürəkəni olub.

Seçilən
132
15
Mənbələr
Şərh ()
Bağla