AZ

“Yuventus” iki qol vursa da, qələbə qazana bilmədi - VİDEO

İtaliya A Seriyasının 28-ci turunun “Yuventus” - “Atalanta” oyunu əzmkar mübarizə şəraitində keçib. Görüş Turində “Alyans-Yuventus” stadionunda baş tutub. Oyunu Marko Quidanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Qonaqların heyətində Theon Copmeyners dubl edib. Turinlilərdən isə Andrea Kambiaso və Arkadiuş Milik fərqləniblər.

Beləliklə, “Yuventus” 58 xal toplayıb, çempionatın turnir cədvəlində üçüncü yeri tutur. 47 xalı olan “Atalanta” altıncıdır.

 

Seçilən
324
14
oxu.az

10Mənbələr