AZ

"Roma"nın De Rossi qərarı

style='margin-bottom:10px;'>

"Roma"nın baş məşqçisi Daniele De Rossi İtaliya komandası ilə yeni müqavilə imzalamağa hazırlaşır.

QOL.az “Calciomercato"ya istinadən xəbər verir ki, klub sahibləri De Rossinin işinə heyran olublar və ona əhəmiyyətli maaş artımı ilə iki illik müqavilə təklif etməyi düşünürlər. Lakin hələ danışıqlar başlanmayıb. De Rossinin "Roma" ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Xatırladaq ki, De Rossi futbolçu olarkən 2002-2019-cu illərdə İtaliya təmsilçisində çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matçda iştirak edib, 63 qol vurub və 60 qolun ötürməsini verib.

A Seriyasının 27 turundan sonra Roma klubu 47 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
24
teleqraf.com

10Mənbələr