AZ

Bu ölkənin baş naziri ölkəsinə qayıda bilmir - Şok səbəb

Haitidə davam silahlı dəstələr arasında hücumlar səbəbindən ölkəsinə qayıda bilməyən Haiti baş naziri Ariel Henrinin təyyarəsi Puerto Rikoya enib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, baş nazir Henrini daşıyan təyyarə Haitinin paytaxtı Port-au-Prinsdə başlayan atışmanın davam etməsi səbəbindən ölkəyə qayıda bilməyib. Keniyadan qayıdan və Dominikan Respublikasından transferlə vətəninə getməyi hədəfləyən Henri bu ölkədən Haitiyə uçuşların ləğvi səbəbilə Puerto Rikonun paytaxtı San Juana eniş etməli olub.Qeyd edək ki, baş nazir Ariel Henrinin istefasını tələb edən silahlı dəstələr martın 2-də və 3-də Port-au Prince və Krua des Buket bölgəsi yaxınlığındakı iki həbsxanaya silahlı hücumlar edərək təhlükəsizlik qüvvələri ilə toqquşmuşdular.Qarşıdurmalar zamanı 4 minə yaxın məhbus həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib. Hökumət həbsxanadan qaçan cinayətkarların tutulması üçün 72 saatlıq fövqəladə vəziyyət elan edildiyini və bu günə qədər müəyyən saatlarda komendant saatı tətbiq ediləcəyini açıqlamışdı.Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
33
manset.az

10Mənbələr