AZ

“Ukrayna 10 Avropa ölkəsinə təzyiq edir” - Baş prokuror açıqladı

Ukrayna Avropa İttifaqının 10 üzv ölkəsinə təzyiq göstərir ki, həmin ölkələrdə məskunlaşan Ukraynaya qarşı cinayət törədənlər, o cümlədən “Vaqner”-də iştirakı olanlar və külli miqdarda korrupsiyada ittiham olunanlar ölkəyə ekstradisiya olunsun.“AzPolitika” xəbər verir ki, bunu “The Guardian” nəşri yazıb.Yazıda deyildiyinə görə, Ukraynanın Baş prokuroru Andrey Kostin çərşənbə axşamı Brüsseldə keçirilən Aİ ədliyyə nazirləri ilə görüşdə deyib ki, Ukrayna müharibə zamanı məhkəməni gözləyən şəxslərin təhlükəsizliyi məsələsini həll etməyə hazırdır. Yazıda deyilir: “Məlumdur ki, Fransa, Avstriya və Finlandiya da daxil olmaqla bir neçə ölkə son vaxtlar şübhəli şəxsləri ədalət mühakiməsi üçün Ukraynaya geri göndərməkdən imtina edib. Kostinin sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna məhkəmələri ekstradisiya ilə bağlı 700-ə yaxın qərar çıxarıb. Müraciətlər arasında terrorda iştirakda ittiham olunan və Finlandiyada məskunlaşan “Vaqner” üzvü ilə bağlı sorğu da var. Kostin qeyd edib ki, Ukraynada artıq 123 min(!) hərbi cinayət hadisəsi müəyyən edilib və bu işlərdə əli olanların yalnız 357-si məhkəmə qarşısına çıxarılıb. Bu cinayətlərə zorlama, əmlakın məhv edilməsi, quldurluq və uşaq oğurluğu daxildir”.“AzPolitika.info”

Seçilən
160
33
azpolitika.info

10Mənbələr