AZ

Panamada qızılla bəzədilmiş 1300 illik məzar tapılıb

Mərkəzi Amerika ölkəsi Panamada 1300 ildən çox yaşı olduğu təxmin edilən məzarın tapıldığı bildirilir.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Panama Mədəniyyət Nazirliyinin Mədəni İrs üzrə Milli Direktoru Linette Monteneqro mətbuata verdiyi açıqlamada Kokle əyalətindəki El Kano arxeoloji sahəsində qazıntılar zamanı İspanlara qədərki məzarın tapıldığını bildirib:

“1300 ildən çox yaşı olduğu təxmin edilən bir məzar müəyyən etdik. İki cəsəd, bir gəlinin cehiz əşyaları, bir az qızıl, keramika, beş döş kəməri, qızıl muncuq, dörd qolbaq, sırğa, qızılla örtülmüş çanta və Qəbirdən müxtəlif boyunbağılar tapılıb”.

Monteneqro məzarın dövrün hökmdarına aid olduğunu proqnozlaşdırdıqlarını bildirib.

Bölgədə arxeoloji qazıntılar 2008-ci ildən davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
5
interpress.az

6Mənbələr