AZ

Panamada 1300 illik məzar aşkar edilib

Panamada 1300 illik məzar aşkar edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Panama Mədəniyyət Nazirliyinin Mədəni İrs üzrə Milli Direktoru Linette Monteneqro məlumat verib.

Direktor Kokle əyalətindəki El Kano arxeoloji sahəsində qazıntılar zamanı 1300 ildən çox yaşı olduğu təxmin edilən bir məzarın tapıldığını bildirib.

O, məzarda iki cəsəd və qızıl muncuq, qolbaq, sırğa, qızılla örtülmüş çanta, müxtəlif boyunbağıların tapıldığını söyləyib.

Məzarın dövrün hökmdarına aid olduğunu proqnozlaşdırılır.

Qeyd edək ki, bölgədə arxeoloji qazıntılar 2008-ci ildən davam edir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
5
e-huquq.az

6Mənbələr