AZ

"Bakı-Xəbər"in əməkdaşını hədələyən şəxsin Kamil Zeynallı ilə fotosu çıxdı — bəs deyirdi tanımıram?!..

"Bakı-Xəbər" qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli onu hədələyən şəxslə bağlı facebook səhifəsində paylaşım edib. M.Qəribli yazır:

"Kamil Zeynallı açıqlama verib ki, onun adından məni hədələyən adamı tanımır. Sonra deyib ki, guya, mən onun adı ilə  özümü reklam etmək üçün belə addımlar atıram. Yəqin Kamil özü ilə məni səhv salır.

Çünki ucuz şoularla özünü reklam edən mən yox, onun özüdür. 

Mən uzun müddətdir jurnalistika sahəsində çalışıram, kifayət qədər də tanınıram. Kamilin adı ilə özümü reklam etmək fikirinə düşsəm, əksinə, antireklam effekti alaram. Yaxşı ki, Kamilə görə necə hədələnməyimi təsdiq edən  mötəbər sübut kimi səs yazısını ortaya qoymuşam. 

Yoxsa, Kamil deyərdi ki, ümumiyyətlə belə şey olmayıb. Məni hədələyən adamın kimlyini dəqiq müəyyən etmişəm. Özünü “Gəncəli Qabil” kimi təqdim edən şəxs əslində Kamilin yaxşı tanıdığı, hətta qucaqlaşaraq şəkil çəkdirdiyi “Ağstafalı Amil”dir. Onun Kamil Zeynallı ilə qol-boyun olaraq çəkdirdiyi şəkili paylaşıram. 

O, həqiqətən Moskvada yaşayır. Mən indiyə kimi bu işlə bağlı rəsmi olaraq hüquq-mühafizə orqanlarına şikayət etməmişəm. Çünki gözlədim görüm, bu gün həqiqətən saat 8-də gəlib məni aparacaqlar? Heç həndəvərimə belə keçə bilmədilər. 

Kamil deyib ki, şikayəti varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Kamilin nəzərinə çatdırıram ki, çox sağ olsunlar, hüquq-mühafizə orqanları ən yuxarı səviyyədə artıq  bu işi nəzarətə götürüblər. Mən əlimdə olan daha mötəbər sübutları ora verəcəm. Qoy Kamil gedib orada  həqiqətən bu adamı tanımadığını sübut etsin. 

Mən fürsətdən istifadə edib, dünəndən başlayaraq narahat olub mənə zəng vuran, mesaj yazan, evə gələn sayı yüzlərlə ölçülən adamların hər birinə dərin minnətdarlığımı ifadə edirəm. Bu mövzuda mənə saytlarda, sosial şəbəkələrdə dəstək olan həmkarlarıma da təşəkkürmü bildirirəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
2
demokrat.az

10Mənbələr