AZ

Kamil Zeynallı iddia edilən cinayəti Qarabağda törədibsə məhkəməsi Azərbaycanda olmalıdır! - AÇIQLAMA

Kamil Zeynallı iddia edilən cinayəti Qarabağda törədibsə məhkəməsi Azərbaycanda olmalıdır! - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. Lakin belə bir məsələ var. İddia edilən cinayət hadisəsi faktiki olaraq Azərbaycan ərazisindədir. Bu baxımdan Kamil Zeynallı geri qaytarılaraq Azərbaycanda mühakimə edilə bilər?

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, hadisə yer baxımından cinayət hüququnda, cinayət səlahiyyətlərini araşdırma həmin yerin hüquq-mühafizə orqanlarına aiddir:

"Azərbaycan ərazisində törədilən bir cinayət iddia yaxud ehtimal olunursa, Azərbaycan ərazisində olduğu bilinən cinayət Azərbaycan hüquq-mühafizə orqanları aparmalıdır. Bu baxımdan əgər iddia olunan hadisənin olduğu yer Ermənistan ərazisi olmadığı üçün Ermənistan tərəfi burada səlahiyyətli deyil. Cinayət hüququnda həm yer səlahiyyəti, həm də suverenitet baxımından səlahiyyət araşdırılır. Yəqinki Rusiya məhkəməsi Kamil Zeynallının təhvil verilməsi yaxud beynəlxalq axtarışa verilməsi ilə bağlı məsələ varsa, həmin şəxsi üçüncü dövlətə vermədən əvvəl bu iddiaları araşdırmalıdır".

Hüquqşünasın sözlərinə görə, bu məsələni onun vəkilləri məhkəmədə qaldırmalıdır ki, Kamil Zeynallını Ermənistana verməmək üçün legitim əsaslar var:

" Çünki bu cinayətin baş verdiyi yer və eyni zamanda cinayəti araşdırma səlahiyyəti olan ölkə baxımından ziddiyyət təşkil edə bilər. Əgər həqiqətən bu şəxs Qarabağ ərazisində cinayətə qarışıbsa o zaman Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən faktın onlara təqdim olunması ilə cinayət işi başlaya bilər. Azərbaycan ərazisində baş verən istənilən hadisə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yekun olaraq araşdırılıb qərara bağlanacaq olan məsələdir. Bu şəxsin belə çərçivədə Azərbaycanda mühakimə olunması mümkündür. Əgər həqiqətən bu faktlar ortaya qoyularsa bu baş tuta bilər".

Sevda Səfərova

Seçilən
279
50
sonxeber.az

10Mənbələr