AZ

Böyük güclərin “sərhəd əməliyyatı” başladı - Polkovnik

Ermənistanın hərəkətləri açıq şəkildə deməyə əsas verir ki, onlar Azərbaycanla münasibətin pozulması üçün əllərindən gələni edirlər. Ermənistan tərəfi sərhəddə əsgərimizə atəş açmaq, Tovuz istiqamətində mövqelərimizi atəşə tutmaq, Kəlbəcərin İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizin üzərində kvadrokopterlə kəşfiyyat uçuşlarına cəhd etməklə böyük güclərin sifarişi əsasında gərginlik yaratmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın şərti sərhəddə həyata keçirdiyi təxribatlar barədə danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, bütün bunlar böyük güclərin bölgədə qalmaq üçün hərəkətə keçdiyini deməyə əsas verir:

“Ermənistanın təxribatları bundan sonra da davam edəcək. Bir neçə gündür ki, Rusiyanın dövlət rəsmiləri 2025-ci ildən sonra da bu ölkənin sülhməramlı missiyasının bölgədə qalmasının buradakı vəziyyətdən asılı olacağını deyirlər. Bu barədə ən çox danışanlar - Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin öz sözlərini yox, Rusiya Federasiyasının rəsmi mövqeyini ifadə edirlər. Onlar dəfələrlə bəyan ediblər ki, Azərbaycanla-Ermənistan arasında daimi sülh müqaviləsi imzalanmayacağı təqdirdə gərginlik davam edəcək. Bu da o deməkdir ki, gərginlik varsa, demək, Rusiya öz sülhməramlılarını 2025-ci ildən sonra, növbəti 5 il üçün də bölgədə saxlamağa çalışır.

Bundan başqa, bölgədə sakitlik, əmin-amanlıq istəməyən Fransa və ABŞ Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması, gərginliyin davam etməsi üçün əllərindən gələni edir. Lakin ermənilər bunu artıq anlamalıdır ki, Azərbaycan əsgərinə bir güllə atarsa, əvəzinə doqquz güllə atacağıq”, - Cəfərov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
50
axar.az

10Mənbələr