AZ

Türkiyənin 7 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

Türkiyənin 7 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Əli Yerlikaya məlumat verib.

Nazir Mardin, Bitlis, Şırnak, Batman, Siirt, Tunceli və Diyarbakır vilayətlərində keçirilən “Qəhrəmanlar-47” adlı əməliyyatlar çərçivəsində terror təşkilatına aid 28 hədəfin məhv edildiyini bildirib.

A.Yerlikaya, həmçinin çoxlu sayda reaktiv yaylım atəşi, əl qumbarası və 159 kiloqram partlayıcı maddənin ələ keçirildiyini bildirib.

O, terror təşkilatının qış aylarında logistika məqsədləri üçün istifadə etmək məqsədilə hazırladığı sığınacaqların aşkar edilərək məhv edildiyini vurğulayıb.

"İlin 365 günü, 4 mövsümü terror təşkilatlarına qarşı əməliyyatlar həyata keçiririk. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edir" – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
1
e-huquq.az

10Mənbələr