AZ

UNICEF-in regional direktoru ilə görüşdə uşaq sağlamlığının aktual məsələləri müzakirə edilib

Bakı, 11 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Regina De Dominitsisla görüş keçirilib. Görüşdə, həmçinin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin səlahiyyətlərini icra edən Ceyhun Mirzəyev iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanla UNICEF arasında səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb: “Ölkəmizdə insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət yetirilir. Belə ki, Azərbaycanla BMT-nin Uşaq Fondu arasındakı ikitərəfli əlaqələr çərçivəsində səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə layihələr həyata keçirilir”.

O, nazirlik tərəfindən ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi, həmçinin səhiyyənin modernləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.

Regina De Dominitsis Azərbaycan ilə UNICEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirərək, BMT-nin Uşaq Fondunun ölkəmizdə fəaliyyətinin 1993-cü ildən başladığını bildirib. O, UNICEF-in Azərbaycanda həyata keçirdiyi ilk layihələr zamanı əsas diqqətin vaksinasiya, səhiyyə, reabilitasiya, təhsil və uşaqların müdafiəsi ilə bağlı aktual məsələlərə yönəldiyini qeyd edib. BMT-nin Uşaq Fondunun regional direktoru Azərbaycanda ana və uşaq sağlamlığının qorunması sahəsində dövlət səviyyəsində ciddi addımların atılmasını müsbət qiymətləndirib.

Görüşdə prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
8
azertag.az

9Mənbələr