AZ

UNICEF-in regional direktoru ilə görüş

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Regina De Dominitsisla görüş keçirilib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “görüşdə, həmçinin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin səlahiyyətlərini icra edən Ceyhun Mirzəyev iştirak ediblər. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla UNİCEF arasında səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. T.Musayev SN tərəfindən ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi, həmçinin səhiyyənin modernləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib”.Sonra xəbərdə bildirilir ki, “öz növbəsində R.D.Dominitsis Azərbaycan ilə UNICEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirərək, BMT-nin Uşaq Fondunun Azərbaycandakı fəaliyyətinin 1993-cü ildən başladığını bildirib. O, UNICEF-in Azərbaycanda həyata keçirdiyi ilk layihələr zamanı əsas diqqət vaksinasiya, səhiyyə, reabilitasiya, təhsil və uşaqların müdafiəsi ilə bağlı aktual məsələlərə yönəlməsini diqqətə çatdırılıb. R.D.Dominitsis Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində ciddi addımların atılmasını müsbət qiymətləndirib”.Görüşdə, həmçinin prioritet əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Seçilən
121
8
bayraqdar.info

9Mənbələr