AZ

9 ayda Avropaya Azərbaycandan 37 milyon avroluq fındıq - İDXAL EDİLİB

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 36,8 milyon avro dəyərində (azalma 28,6%) 6,8 min ton qabığı təmizlənmiş meşə fındığı (ildən ilə azalma 23,2%) idxal edib. 

Valyuta.az xəbər verir ki,  bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarında deyilir.

Hesabat dövründə Azərbaycan Almaniyaya 19,2 milyon avro dəyərində (artım 1,7 dəfə) 3,5 min ton (artım 1,9 dəfə), İtaliyaya 12 milyon avro dəyərində (azalma 3,3 dəfə) 2,2 min ton meşə fındığı (azalma 3 dəfə) ixrac edib.

Çexiya, Estoniya, İspaniya, Fransa, bir ildən sonra oktyabr ayında Azərbaycandan meşə fındığı idxalını bərpa edən Litva, o cümlədən, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə meşə fındığı idxal edib.

Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 58,1 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 44,5%) 10,1 min ton meşə fındığı (artım 42,7%) idxal edib. (İnterfaks-Azərbaycan)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
3
valyuta.az

10Mənbələr