AZ

Almaniya oktyabrda Azərbaycandan fındıq idxalını - 3 DƏFƏ ARTIRIB

Almaniya 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 3,6 min ton qabığı təmizlənmiş meşə findığı idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur.

FED.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) bildirir.

Hesabat dövründə tədarükün dəyəri 1,7 dəfə artaraq 19,6 milyon avro təşkil edib.

Oktyabrda Azərbaycan Almaniyaya 338 ton meşə fındığı (illik müqayisədə artım 3,2 dəfə) ixrac edib. İxracın həcmi dəyər ifadəsində 3,2 dəfə artaraq 2 milyon avro təşkil edib.

Destatis-in məlumatına görə, 2022-ci ildə Almaniya Azərbaycandan qabığı təmizlənmiş meşə findığı idxalını 2021-ci illə müqayisədə 3,7% - 2,4 min tona qədər artırıb. Hesabat dövründə tədarükün həcmi dəyər ifadəsində 2,6% - 14,3 milyon avroya qədər artıb. (İnterfaks-Azərbaycan)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
9
fed.az

10Mənbələr