AZ

Bakı Mühəndislik Universitetinin tələbəsi AQDİM-in İdarə Heyətinin fəxri üzvü seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Nəzrin Babayeva Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) İdarə Heyətinin fəxri üzvü seçilib.

 

Bu məlumat Aztibb.az-a AQDİM-dən verilib.

 

BMU-nun Memarlıq inşaat fakültəsinin sənaye mühəndisliyi ixtisasında (bakalavr) təhsil alan Nəzrin Babayeva bu üzvlüyə donorluq mədəniyyətinin inkişafı sahəsində keçirilən tədbirlərdə, həmçinin qanvermə aksiyalarında könüllü olaraq göstərdiyi xidmətlərinə görə layiq görülüb.

 

Fəxri üzvlüyün təqdimetmə mərasimində universitetin rektoru Yaqub Piriyev tələbəni, onun ailə üzvlərini səmimi qəlbdən təbrik edib. Rektor Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Hemofiliya Talassemiyadan əziyyət çəkən uşaqlara qayğıDövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminəproqramı haqda danışıb bu mühüm sənədlər çərçivəsində atılan addımların, qanvermə aksiyaları, təbliğat xarakterli tədbirlərin önəmini vurğulayıb.

 

Yaqub Piriyev BMU tələbələrinin sosial əhəmiyyət kəsbedən tədbir layihələrdə fəal iştirakına diqqət çəkib, eyni zamanda, onların məqsədyönlü, ictimai faydalı, könüllü fəaliyyətinin hər zaman ali təhsil müəssisəsi tərəfindən dəstəkləndiyini deyib.

 

IV kurs tələbəsi olan Nəzrin Babayevanın gələcək planları, magistratura təhsili ilə yaxından maraqlanan rektor ona müvafiq tövsiyələrini verib qanvermə aksiyalarında könüllü olaraq göstərdiyi xidmətlərə, nəcib fəaliyyətinə görə universitet adından təşəkkürünü çatdırıb.

 

ADQİM-in İdarə Heyətinin sədri Fuad Rəsul BMU tələbəsini Mərkəzin fəxri üzvləri sırasına qoşulması münasibətilə təbrik edib.

 

AQDİM-in İdarə Heyətinin fəxri üzvü seçilən Nəzrin Babayeva bu adın onun üçün böyük qürur olduğunu vurğulayıb, ona göstərilən diqqətə görə universitetin rektoruna Mərkəz rəhbərliyinə minnətdarlığını ifadə edib.

 

Daha sonra Mərkəzin icraçı direktoru Kamil Hüseynov mükafatı Nəzrin Babayevaya təqdim edib.

 

Seçilən
386
5
aztibb.az

10Mənbələr