AZ

40 tələbə “Süni intellekt”, “Proqram təminatı keyfiyyətinə nəzarət” təlimlərində iştirak edir

Gələcək illərdə süni intellekt üzrə mütəxəssislərə tələbatın əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bu tələbatı ödəmək və mövcud çağırışlara cavab vermək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistanın Cənubda Dayanıqlı İnkişaf üzrə Elm və Texnologiya Komissiyası (COMSATS) arasında əməkdaşlıq çərçivəsində yeni təlim proqramı keçirilir. Hazırda 40 tələbə “Süni intellekt” və “Proqram təminatı keyfiyyətinə nəzarət” üzrə ixtisaslaşmış təlim proqramında iştirak edir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, süni intellekt sahəsində son zamanlar sürətli inkişaf və bu sahədə yaranan kadr ehtiyacı nəzərə alınaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “Technest” Təqaüd Proqramı çərçivəsində yerli mütəxəssis hazırlığına başlanılıb: “İki fərqli tədris mərkəzi tərəfindən seçilən 25 nəfərə xarici müəllimlər süni intellekt ixtisasları üzrə təlimlər təşkil edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
612
50
apa.az

10Mənbələr