AZ

Alkoqollu içkilərin satış qiyməti ilə bağlı qayda DƏYİŞDİ - RƏSMİ

Alkoqollu içkilərin satış qiyməti ilə bağlı qayda dəyişir. 

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

 

Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Firuzə Əliyeva

Seçilən
1
48
sfera.az

10Mənbələr