AZ

İçkilərin minimum qiymətinin müəyyən olunması ilk oxunuşda təsdiqləndi

Milli Məclis Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı dəyişikliyi ilk oxunuşda təsdiqləyib.

Bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Seçilən
0
48
marja.az

10Mənbələr