AZ

Premyer Liqa: “Sabah”la “Neftçi”dən qolsuz heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması “Neftçi” ilə “Sabah” arasında baş tutub.

Cari mövsümdəki ilk qələbəsini ötən tur Samir Abasovun qayıdışından sonra əldə etmiş “Neftçi” bu dəfə səfərdə eyni uğura imza atmağa çalışıb. Bu, paytaxt klublarının çempionatdakı 25-ci görüşü olub. Əvvəlki 24 oyunda “bayquşlar” 7, “neftçilər” 13 qələbə qazanmışdılar, 4 görüş sülhlə bitmişdi. Amma “Sabah” son 5 görüşdə uduzmamışdı. “Neftçi” son 4 oyunda qol da vurmamışdı.

Elə bu oyunda da qapılara qol vurulmayıb. Baxmayaraq ki, “Sabah” bu görüşdə penalti qazansa da, Jesse Sekidika 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsi zamanı top dirəkdən dönüb.

Premyer Liqa
11-ci tur
27 oktyabr

“Sabah” – “Neftçi” 0:0
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
“Masazır Arena”. Saat 17:00.

Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalaov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Seçilən
33
1
arena.az

10Mənbələr