AZ

“Sabah” “Neftçi”yə qarşı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Sabah” paytaxt derbisində “Neftçi”ni qəbul edəcək. Turun son oyununda isə çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.

Daha öncə keçirilmiş “Araz-Naxçıvan” – “Zirə” oyununda (1:1) qalib müəyyənləşməyib. “Turan Tovuz” “Kəpəz”ə evdə (2:1), “Sumqayıt” isə “Səbail”ə səfərdə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
11-ci tur

27 oktyabr

“Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
“Bank Respublika Arena”. Saat 17:00.

Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 4. Elvin Camalaov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Seçilən
5
1
futbolinfo.az

10Mənbələr