AZ

Bu rayonlara qar yağır – FAKTİKİ HAVA

Oktyabrın 26-sı saat 20:00-a olan vəziyyətə əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

İNFOAZ xəbər verir ki, bui barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Hazırda Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir. Havanın temperaturu 13 dərəcəyədək isti təşkil edir.

Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə leysan xarakterli yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Havanın temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27-si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.

Seçilən
4
24
infoaz.ws

10Mənbələr