AZ

Qubaya qar yağır -FAKTİKİ HAVA

Oktyabrın 26-sı saat 23:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən “İki sahil”ə bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm, Qubada 16 mm, Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm, Şəkidə 4 mm olub.

Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır.

Şimal- qərb küləyi Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 14 dərəcəyədək , dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
5
19
ikisahil.az

10Mənbələr