AZ

Bakıda külək gücləndi, bu rayona qar yağır -FAKTİKİ HAVA

Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm, Qubada 16 mm, Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm, Şəkidə 4 mm olub. Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır.

 

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 14 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
5
19
sfera.az

10Mənbələr