AZ

Tahir Budaqov: COP29 Azərbaycan reallıqları üçün önəmli tədbirdir

COP29 Azərbaycan reallıqlarını dünyaya çatdırılması üçün növbəti beynəlxalq platforma olacaq.

Adalet.az xəbər xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın təşkilatçılığı ilə keçirilən Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş ümumrespublika "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsində deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanmaqla bərabər, bəşəriyyəti düşündürən, xalqlar və dövlətlər üçün olduqca aktual çağırışlara da adekvat cavab verir:

"Yaşıl enerji" gündəliyi əsasında iqlim dəyişikliyinə qarşı qlobal mübarizə sahəsində ardıcıl fəaliyyətin həyata keçirilməsi də bu kontekstdə xüsusi qeyd edilməlidir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması və “yaşıl enerji” gündəliyinin reallaşdırılması istiqamətində sistemli tədbirlər görülür. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması isə bu baxımdan mühüm əhəmiyyətə malikdir".

T.Budaqov qeyd edib ki, bütün bu reallıqlar fonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar Azərbaycanın sözügedən istiqamətdə fəaliyyətinin yüksək qiymətləndirildiyini, ölkəmizə beynəlxalq müstəvidə böyük etimadın olduğunu bir daha təsdiqləyir:

"Azərbaycan qlobal tədbirlərə ev sahibliyi ilə əlaqədar zəngin təcrübəyə malikdir. İndiyədək bu sahədə əldə olunan uğurlu nəticələr - imza atdığımız nailiyyətlər Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəyini əminliklə söyləməyə əsas verir. Şübhəsiz, bir neçə gün sonra keçiriləcək COP29 iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirən ölkəmizin bu bəşəri əhəmiyyətli, qlobal xarakterli prosesə dəyərli töhfəsi olacaq, eyni zamanda, Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün növbəti mühüm platformaya çevriləcəkdir".


Seçilən
8
7
adalet.az

9Mənbələr