AZ

COP29 Azərbaycan reallıqlarını dünyaya çatdırılması üçün növbəti beynəlxalq platforma olacaq - Tahir Budaqov

Bakı. Trend:

COP29 Azərbaycan reallıqlarını dünyaya çatdırılması üçün növbətibeynəlxalq platforma olacaq.

Trend xəbər xəbər verir ki,bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, MərkəziAparatın rəhbəri Tahir Budaqov YAP-ın təşkilatçılığı ilə keçirilənYaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş ümumrespublika "Nə?Harada? Nə zaman?" intellektual oyununun final mərhələsindədeyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən məqsədyönlü siyasət milli maraqlara və beynəlxalq hüquqnormalarına əsaslanmaqla bərabər, bəşəriyyəti düşündürən, xalqlarvə dövlətlər üçün olduqca aktual çağırışlara da adekvat cavabverir:

"Yaşıl enerji" gündəliyi əsasında iqlim dəyişikliyinə qarşıqlobal mübarizə sahəsində ardıcıl fəaliyyətin həyata keçirilməsi dəbu kontekstdə xüsusi qeyd edilməlidir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beşmilli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq ətraf mühitinsağlamlaşdırılması və “yaşıl enerji” gündəliyinin reallaşdırılmasıistiqamətində sistemli tədbirlər görülür. Prezident İlham ƏliyevinSərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylikili” elan olunması isə bu baxımdan mühüm əhəmiyyətə malikdir".

T.Budaqov qeyd edib ki, bütün bu reallıqlar fonunda BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsiilə bağlı yekdil qərar Azərbaycanın sözügedən istiqamətdəfəaliyyətinin yüksək qiymətləndirildiyini, ölkəmizə beynəlxalqmüstəvidə böyük etimadın olduğunu bir daha təsdiqləyir:

"Azərbaycan qlobal tədbirlərə ev sahibliyi ilə əlaqədar zəngintəcrübəyə malikdir. İndiyədək bu sahədə əldə olunan uğurlunəticələr - imza atdığımız nailiyyətlər Azərbaycanın bu mötəbərbeynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəyini əminlikləsöyləməyə əsas verir. Şübhəsiz, bir neçə gün sonra keçiriləcəkCOP29 iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayişetdirən ölkəmizin bu bəşəri əhəmiyyətli, qlobal xarakterli prosesədəyərli töhfəsi olacaq, eyni zamanda, Azərbaycan reallıqlarınındünyaya təqdimatı üçün növbəti mühüm platformayaçevriləcəkdir".

Məqalədə:
Seçilən
16
7
az.trend.az

9Mənbələr