AZ

YAP-ın təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyununun bağlanış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 26-da “Gülüstan” sarayında Yeni AzərbaycanPartiyasının (YAP) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylikili”nə həsr edilmiş ümumrespublika “Nə? Harada? Nə zaman?”intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimikeçirilib.

Əvvəlcə tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin banisi,xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazibütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərinəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Nə? Harada? Nəzaman?” intellektual oyununun nəticələri barədə hesabat verib. Obildirib ki, bu il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədartəşkil olunan yarışın əsas məqsədi silsilə tədbirlərin əhatədairəsinin genişləndirilməsi, o cümlədən YAP üzvü və bitərəfgənclər arasında şəbəkələşmənin dərinləşdirilməsi, ekologiya vəbioloji müxtəliflik haqqında gənclərin bilik səviyyəsininartırılması, eyni zamanda, gənclərin intellektual inkişafının vəkomanda ruhunda işləmək bacarıqlarının təşviqidir.

Bəxtiyar İslamov vurğulayıb ki, “Azərbaycan İntellektual KlublarAssosiasiyası”İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerlitəşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanıniştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrəyarışlar Bakı, Quba, Qəbələ, Şəmkir, Ağcabədi, Masallı, Kürdəmir vəNaxçıvanda təşkil olunmuş, 22 komanda final mərhələsinə vəsiqəqazanmışdır: “85 komandanın tərkibində iştirak edən 680 nəfərin264-ü bitərəf, 416-sı isə YAP üzvü gənclərdir. Onu da bildirim ki,intellektual oyun üçün hazırlanmış sualların əsas istiqamətləriekologiya və biomüxtəliflik, ölkəmizin təbiəti, flora və faunası,Azərbaycanda həyata keçirilən ekoloji siyasət, Ümummilli LiderHeydər Əliyevin rəhbərliyi dövründə ekologiya sahəsində atılmışaddımlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləntədbirlər, həmçinin Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdəgörülən işlər olmuşdur”.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatınrəhbəri Tahir Budaqov bildirib ki, çoxəsrlik dövlətçilik tarixininən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan qazandığımöhtəşəm uğurlar və yaratdığı yeni reallıqlarla bu gün dünyanındiqqət mərkəzindədir: “Ərazi bütövlüyü və suverenliyini bərpaedərək Cənubi Qafqazda yeni təhlükəsizlik və işbirliyi mühitiformalaşdıran Azərbaycan dövləti beynəlxalq müstəvidə etibarlıtərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi tanınır”.

YAP Sədrinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət milli maraqlaravə beynəlxalq hüquq normalarına əsaslanmaqla bərabər, bəşəriyyətidüşündürən, xalqlar və dövlətlər üçün olduqca aktual çağırışlara daadekvat cavab verir. O diqqətə çatdırıb ki, "yaşıl enerji"gündəliyi əsasında iqlim dəyişikliyinə qarşı qlobal mübarizəsahəsində ardıcıl fəaliyyətin həyata keçirilməsi də bu kontekstdəxüsusi qeyd edilməlidir: “Azərbaycanın 2030-cu ilə qədərsosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmizətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Buprioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması və “yaşılenerji” gündəliyinin reallaşdırılması istiqamətində sistemlitədbirlər görülür. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cüilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması isəbu baxımdan mühüm əhəmiyyətə malikdir. Bütün bu reallıqlar fonundaBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsiilə bağlı yekdil qərar Azərbaycanın sözügedən istiqamətdəfəaliyyətinin yüksək qiymətləndirildiyini, ölkəmizə beynəlxalqmüstəvidə böyük etimadın olduğunu bir daha təsdiqləyir”.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Azərbaycan qlobaltədbirlərə ev sahibliyi ilə əlaqədar zəngin təcrübəyə malikdir:“İndiyədək bu sahədə əldə olunan uğurlu nəticələr - imza atdığımıznailiyyətlər Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə də uğurlaev sahibliyi edəcəyini əminliklə söyləməyə əsas verir. Şübhəsiz,bir neçə gün sonra keçiriləcək COP29 iqlim dəyişmələrinə qarşı fəalmübarizə mövqeyi nümayiş etdirən ölkəmizin bu bəşəri əhəmiyyətli,qlobal xarakterli prosesə dəyərli töhfəsi olacaq, eyni zamanda,Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün növbəti mühümplatformaya çevriləcəkdir”.

Tahir Budaqov söyləyib ki, Yeni Azərbaycan Partiyasınıntəşkilatçılığı ilə respublika səviyyəsində keçirilən “Nə? Harada?Nə zaman?” intellektual oyunu da “Yaşıl dünya naminə həmrəylikili”nə həsr edilmişdir: “Məlumat verildiyi kimi, 85 komandanıniştirakı ilə keçirilən və 22 qalib komandanın final mərhələsindəI-III yerlər uğrunda mübarizə apardığı bu intellektual yarışmadagənclərimiz ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təminiistiqamətində həyata keçirilən dövlət siyasətinə - Ümummilli LiderHeydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə busahədə görülmüş işlərə, o cümlədən “yaşıl enerji” konsepsiyasıəsasında reallaşdırılan tədbirlərə dair çoxsaylı suallarıcavablandırmaqla intellektual mübarizə aparmışlar. Hər ilin aktualgündəliyinə həsr olunan və 2022-ci ildən başlayaraq artıq ənənəhalını almış bu bilik yarışması gənclərin potensialının üzəçıxarılması, onlar arasında kommunikasiyanın gücləndirilməsi vəkomanda şəklində birgə çalışmaq bacarıqlarının yüksəlməsinə genişimkanlar yaradır”.

“Bu gün inam və qürurla qeyd edirik ki, milli-mənəvi dəyərlərəsadiq və möhkəm əqidəli Azərbaycan gəncliyi cəmiyyət həyatınınmüxtəlif sahələrində yüksək fəallıq nümayiş etdirməklə ölkəmizininkişafına mühüm töhfələr verir və respublikamızı beynəlxalqarenada layiqincə təmsil edir. Ən əsası, rəşadətli Azərbaycangənclərinin yüksək vətənpərvərlik nümunəsi göstərərək ölkəmizinərazi bütövlüyü və suverenliyinin bərpa olunmasında müstəsna roloynamaları xalqımızın qürur və iftixar mənbəyidir”,- deyən YAPSədrinin müavini əlavə edib ki, gəncləri Azərbaycanın gələcəyiadlandıran Ümummilli Lider Heydər Əliyevin xalqımıza dəyərli siyasimirası olan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi iləinkişaf yolunda inamla addımlayan Yeni Azərbaycan Partiyasıgənclərin inkişafına və onların potensialından səmərəli istifadəolunmasına xüsusi diqqət yetirir.

Tahir Budaqov bildirib ki, müstəqil Azərbaycan keyfiyyətcə yeniinkişaf mərhələsinə qədəm qoymuşdur: “Qazanılan uğurlar vəqələbələrlə yanaşı, qarşıda mühüm strateji hədəflər durur. Təbiiki, Azərbaycanın gələcək inkişafı naminə milli məqsədləringerçəkləşdirilməsi üçün gənclərin də üzərinə önəmli vəzifələr vəböyük məsuliyyət düşür. Heç şübhəsiz, dövlətin hərtərəfli qayğısıilə əhatə olunan gənc nəsil qalib Azərbaycanın qürurlu vətəndaşlarıkimi ölkəmizin tərəqqisinə bundan sonra da layiqli töhfə verməkəzmində və iqtidarındadır. Bu gün final mərhələsinin keçirildiyi buintellektual yarışmada iştirak edən bütün gəncləri, xüsusiləqalibləri təbrik edirəm. Əslində, bu bilik mübarizəsinə qatılan hərbir komanda özünü qalib hesab edə bilər. Çünki hər şeydən öncə,belə kreativ platformalarda təmsil olunmaq Heydər Əliyevideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni AzərbaycanPartiyasının prinsiplərinə sonsuz inamın birmənalı ifadəsidir”.

YAP Sədrinin müavini gənclərə möhkəm cansağlığı və Heydər Əliyevideyaları əsasında günü-gündən çiçəklənən müasir Azərbaycanınparlaq gələcəyi naminə yeni-yeni uğurlar arzulayıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isəçıxışında bildirib ki, bu gün Azərbaycan sürətli inkişaf dövrünüyaşayır və bu da yaradıcı və intellektual gənclər üçün öztəşəbbüslərini reallaşdırmaqda yeni imkanlar yaradır: “Ulu ÖndərHeydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlhamƏliyev tərəfindən uğurla davam etdirilir. 2024-cü il AzərbaycanRespublikasının ictimai-siyasi həyatında dinamik bir il kimixarakterizə olunur. Bu il keçirilmiş prezident və parlamentseçkilərində cəmiyyətin ən aktiv təbəqələrindən hesab olunangənclik siyasi proseslərin önündə addımlamış, ona göstərilənetimadı doğrultmuşdur. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasınınvə onun Gənclər Birliyinin üzvlərinin fəaliyyətini xüsusiləvurğulamaq istərdim”.

Nazir müavini qeyd edib ki, gənclər siyasi fəaliyyətlə yanaşı,onlara yaradılan geniş imkanlardan istifadə etməklə öz bilik vəbacarıqlarını artırmaq məqsədilə müxtəlif platformalardan məharətləistifadə edirlər: “İntellektual yarışların əsas məqsədi gənclərinfərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissiniartırmaq, gəncliyin potensialından səmərəli istifadə etməkdir”.

Vüqar Kərimov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinəçevrilmiş, beynəlxalq səviyyədə əhəmiyyətli və etibarlı tərəfdaşkimi tanınmışdır: “Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29kimi mötəbər tədbirə ev sahibliyi etməyimiz ölkəmizin ətraf mühitinqorunması, iqlim dəyişmələrinin fəsadlarının qarşısının alınmasıişinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Ölkəbaşçısının müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminəhəmrəylik ili”nin ətraf mühitin mühafizəsi sahəsində birgətəşəbbüslərin reallaşdırılması üçün əlverişli fürsət olacağınaəminik”.

Nazir müavini 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində görülən işləridiqqətə çatdırıb. O bildirib ki, gənclərin ətraf mühitin idarəolunmasında yeni yanaşmaların tətbiqi, modern və çevik idarəetməformalarından istifadə sahəsində fəaliyyətləri nəzərəçarpacaqdərəcədə hiss olunur: “Onlar ətraf mühitin qorunması və ekolojimaarifləndirmə istiqamətində novator baxışları ilə seçilir, özbacarıqlarını nümayiş etdirir, ətraf mühitlə bağlı məsələlərinhəllində təşəbbüskarlıq göstərirlər. Biz iqlim dəyişikliyi, təbiiehtiyatların qorunması və səmərəli istifadəsi, ekosistemlərindayanıqlılığının təmin edilməsi, tullantıların idarə edilməsi,meşələrin artırılması, səhralaşmanın və torpaq deqradasiyasınınqarşısının alınması ilə bağlı məsələlərin həllində yaradıcıgənclərin iştirakına böyük ümid bəsləyirik”.

V.Kərimov çıxışının sonunda qeyd edib ki, intellektualyarışların keçirilməsi gənclərin ideyayönümlü potensiallarınınaşkarlanması, onların komanda qurmaq və idarəetmə bacarıqlarınıntəkmilləşdirilməsi istiqamətində biliklərinin artmasına mühümtöhfələr verəcəkdir.

Bundan sonra I, II, III yerləri tutmuş Yasamal, Gəncə və Nəsimikomandalarının oyunçuları müvafiq diplomlar, medallar və xatirəhədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltifolunub.

III yerin qalibi – Yasamal komandasını YAP Təftiş Komissiyasınınsədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, II yerin qalibi –Gəncə komandasını YAP Veteranlar Şurasının sədri, partiyanın İdarəHeyətinin üzvü Arif Rəhimzadə, I yerin qalibi – Nəsimi komandasınıisə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovtəltif edib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi iləbaşa çatıb.

YAP-ın
YAP-ın
YAP-ın
YAP-ın
YAP-ın
YAP-ın
YAP-ın
Məqalədə:
Seçilən
23
9
az.trend.az

10Mənbələr