AZ

Rusiyalı nazir müavininin cinayət işində ermənilər də iştirak edib.

Moskvanın Nikulinski Məhkəməsi Rusiya Federasiyası Energetika Nazirliyinin rəis müavini Sergey Moçalnikova qarşı zərərli mədənlərin ləğvi zamanı vəsaitlərin oğurlanması ilə bağlı cinayət işi üzrə daha iki nəfəri həbs edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki,Bu barədə TASS-ın müxbiri məlumat yayıb.

“Məhkəmə istintaqın vəsatətini təmin edərək, Əseldir Rəcəbov barəsində dekabrın 24-dək həbs qətimkan tədbiri seçilib. Natalya Koneva da eyni müddətə həbs edilib”, - deyə məhkəmədə oxunan qərarda bildirilib.

Cinayət işində, həmçinin Energetika Nazirliyinin keçmiş rəis müavini Anatoli Yanovski, Robert Şaqinyan, “GURŞ” Federal Dövlət Büdcə Qurumunun baş direktoru Andrey Moiseenkov, İqnatov Sergey İqnatov, "Şaxtastroy" şirkətinin sahibi Oleq Fokin, "Eurostroy" şirkətinin direktoru və təsisçisi Jivan Barbaryan da müttəhimlər sırasındadır. 

Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslər perspektivsiz və rentabelli olmayan kömür şaxtalarının və açıq mədənlərin ləğvi üçün işlərə ayrılmış büdcə vəsaitlərini sistemli şəkildə oğurlayıblar. İlkin hesablamalara görə, onlar 76,6 milyon rubl oğurlayıblar.

Seçilən
2
3
unikal.az

8Mənbələr