AZ

Rusiyanın energetika nazirinin müavinin cinayət əməllərində ermənilər də iştirak edib

Moskvanın Nikulin Məhkəməsi Rusiyanın Energetika Nazirliyi rəhbərinin müavini Sergey Moçalnikova qarşı cinayət işində daha iki nəfəri həbs edib. Bu da rentabelli olmayan mədənlərin fəaliyyətini dayandırılması zamanı vəsaitlərin mənimsənilməsi ilə əlaqədardır.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Məhkəmə istintaqın vəsatətini təmin edib və Aseldir Rəcəbova 24 dekabra qədər həbs qətimkan tədbiri seçdi", - məhkəmənin qərarda bildirilir. Eyni müddətə Natalya Koneva da həbs edilib.

Cinayət işi üzrə Energetika Nazirliyinin rəhbərinin müavini Sergey Moçalnikov, Energetika Nazirliyi rəhbərinin keçmiş müavini Anatoli Yanovski, Robert Şaqinyan, Federal Dövlət Büdcə Təşkilatının rəsmisi Andrey Moiseenkov, Sergey İqnatov, "Şaxtastroy" şirkətinin sahibi Oleq Fokin, "Eurostroy" şirkətinin direktoru və təsisçisi Jivan Barbaryan da var.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər perspektivsiz və zərərli kömür mədənlərinin fəaliyyətinin dayandırılması üçün ayrılmış büdcə vəsaitlərini sistematik şəkildə mənimsəyiblər. İlkin hesablamalara görə, onlar 76,6 milyon rublu mənimsəyiblər.

"Cebheinfo.az"

Seçilən
23
3
cebheinfo.az

8Mənbələr