AZ

Beynəlxalq fotomüsabiqəyə layihə qəbulu başa çatır

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın himayəsi, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq müstəvidə tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə yekun mərhələyə yaxınlaşır. Noyabrın əvvəlində müxtəlif ölkələrdən müsabiqəyə qatılan uşaqların çəkdikləri fotoşəkillər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Publika.az xəbər verir ki, Bakıda keçiriləcək COP29 konfransı (11-22 noyabr) ərəfəsində iqlim problemləri üzrə məlumatlılığı artırmaq üçün oktyabrın 11-də elan edilmiş və gəncləri təbiətin gözəlliyi, eləcə də çirklənmə və iqlim dəyişməsinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət edən “Yer kürəsi uşaqların gözləri ilə” beynəlxalq fotomüsabiqəsi 31 oktyabr tarixində başa çatır.

Növbəti on gün ərzində məşhur fotoqraflardan ibarət münsiflər heyəti təqdim olunan fotoşəkilləri qiymətləndirəcək.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında keçirilən bu fotomüsabiqənin məqsədi dünyanın hər yerindən 18 yaşına qədər (1 yanvar 2006-cı il və ya bu tarixdən sonrakı dövrdə dünyaya gəlmiş) uşaq və yeniyetmələri iqlim dəyişmələrinin yaratdığı ciddi problemlər xüsusunda qlobal maarifləndirmə prosesinə cəlb etməkdir. Fotomüsabiqə çərçivəsində gənc iştirakçılar fotoşəkillər vasitəsilə həll yollarını göstərməli və dünya ictimaiyyətinin diqqətini bir daha bu mühüm məsələyə yönəltməlidirlər. Gəncləri ətraf mühit sevgisini və planetimizin gələcəyi ilə bağlı qayğıları fotoşəkillərin universal dili ilə çatdırmağa təşviq edən bu layihə onların gələcəkdə ətraf mühit baxımından məsul vətəndaşlar kimi formalaşmasına da kömək edəcək.

Seçilən
0
4
publika.az

5Mənbələr