AZ

“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqəyə layihə qəbulu başa çatır

Bakı. Trend:

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın himayəsi, COP29Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy”assosiasiyasının təsisçisi, beynəlxalq müstəvidə tanınmış fotoqrafReza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Yer kürəsi uşaqlarıngözləri ilə” adlı beynəlxalq fotomüsabiqə yekun mərhələyəyaxınlaşır. Noyabrın əvvəlində müxtəlif ölkələrdən müsabiqəyəqatılan uşaqların çəkdikləri fotoşəkillər peşəkar münsiflər heyətitərəfindən qiymətləndiriləcək.

Trend xəbər verir ki, Bakıdakeçiriləcək COP29 konfransı (11-22 noyabr) ərəfəsində iqlimproblemləri üzrə məlumatlılığı artırmaq üçün oktyabrın 11-də elanedilmiş və gəncləri təbiətin gözəlliyi, eləcə də çirklənmə və iqlimdəyişməsinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyədəvət edən “Yer kürəsi uşaqların gözləri ilə” beynəlxalqfotomüsabiqəsi 31 oktyabr tarixində başa çatır.

Növbəti on gün ərzində məşhur fotoqraflardan ibarət münsiflərheyəti təqdim olunan fotoşəkilləri qiymətləndirəcək.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altındakeçirilən bu fotomüsabiqənin məqsədi dünyanın hər yerindən 18yaşına qədər (1 yanvar 2006-cı il və ya bu tarixdən sonrakı dövrdədünyaya gəlmiş) uşaq və yeniyetmələri iqlim dəyişmələrininyaratdığı ciddi problemlər xüsusunda qlobal maarifləndirməprosesinə cəlb etməkdir. Fotomüsabiqə çərçivəsində gənciştirakçılar fotoşəkillər vasitəsilə həll yollarını göstərməli vədünya ictimaiyyətinin diqqətini bir daha bu mühüm məsələyəyönəltməlidirlər. Gəncləri ətraf mühit sevgisini və planetimizingələcəyi ilə bağlı qayğıları fotoşəkillərin universal dili iləçatdırmağa təşviq edən bu layihə onların gələcəkdə ətraf mühitbaxımından məsul vətəndaşlar kimi formalaşmasına da köməkedəcək.

Müsabiqədə qalib elan olunan fotoşəkillər 18 noyabr tarixindəHeydər Əliyev Mərkəzində sərgilənəcək və COP29 konfransıçərçivəsində ölkəmizə səfər edəcək çoxsaylı qonaqlar bu sərgini dəziyarət edə biləcəklər. Təşkilatçılar dünya üzrə gənc fotoqraflarıbu layihədə iştirak edərək öz baxışlarını bölüşməyə və səslərinieşitdirməyə dəvət edirlər.

Müsabiqə barədə daha ətraflı məlumat və ya iştirak üçün https://childreneyes.earth rəsmiveb-saytına daxil ola bilərsiniz.

Seçilən
18
4
az.trend.az

5Mənbələr