AZ

Türkiyədəki terror hücumunun görüntüləri -

Türkiyədə TUSAŞ-ın obyektində həyata keçirən terror hücumunun görüntüləri paylaşılıb.Metbuat.az xəbər verir ki, görüntülərdə terrorçuların əraziyə avtomobillə gəldiyi müşahidə edilib. Məlumata görə, 1 qadın və 1 kişidən ibarət iki terrorçu ətrafdakılara hücum edib. Terrorçular avtomatla ətrafa atəş açıb. Ankarada baş verən hücum zamanı 4 nəfər həlak olub. 14 nəfərin yaralandığı deyilir. Terrorçular hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. Daxili İşlər Naziri Əli Yerlikaya bildirib ki, terrorçuların kimliyinin müəyyənləşdirilməsi və hansı terror təşkilatının üzvü olduğu ilə bağlı araşdırmalar davam edir.

Seçilən
16
35
metbuat.az

10Mənbələr