AZ

Türkiyədə terror aktı: 4 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.

Adalet.az xəbər verir ki, hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.

Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.

Rusiya prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.

***

18:46

Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ şirkətinin obyektinə hücum edən terrorçuların zərərsizləşdirilməsi əməliyyatı davam edir.

Adalet.a yerli mətbuata istinadən xəbər verir ki, hücumda iştirak edən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

Digər terrorçunun zərərsizləşdirilməsi üçün polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Hadisə baş verən obyektin içərisində girovların olduğu bildirilir. Ölü və yaralıların olduğu barədə xəbərlər var.

***

17:18

 Türkiyədə terror hücumu olub.

Adalet.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, hadisə Ankaranın Kahramankazan rayonunda Türk Aerokosmik Sənayesinin (TUSAŞ)  qarşısında baş verib.

Belə ki, partlayışdan sonra silah səsləri eşidilib.

İşçilərin sığınacaqlara göndərildiyi, ölən və yaralananların olduğu bildirilib.

Seçilən
0
35
adalet.az

10Mənbələr