AZ

Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib - YENİLƏNİB-1

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

***

17:35

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) qarşısında atışma davam edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, içəridə girovların olduğu bildirilir.

***

17:11

Ankaranın Kahramankazan rayonunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) qarşısında silahlı hücum olub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

"SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.

Ankarada
Seçilən
3
8
apa.az

10Mənbələr